BİZİM BARƏMİZDƏ
EASC Şarcada (BƏƏ) ofis açaraq və Bakı-Dubay-Bakı marşrutu ilə çarter reyslərinə başlayaraq, 1996-cı ildə nəqliyyat-ekspeditor xidmətləri bazarına çıxdı. İllərlə uçuşların sayı artmış, coxrafiyası genişlənmiş, komanda isə yüksək professionallığa malik olmuşdur. 2001-ci ildə Azərbaycanın özəl “Silk Way Airlines” aviaşirkəti yaradıldıqdan sonra EASC bu şirkətin Baş agentinə, EASC-ın xarici ölkələrdəki nümayəndəlikləri isə bu şirkətin nümayəndəliklərinə çevrildi. Əsasən müntəzəm uçuşlara xidmət sahəsində ixtisaslaşmış EASC müştəri bazası ilə iş üzrə dünya standartlarına cavab verən, işlək bir mexanizm qurmuş və beynəlxalq yükdaşıma bazarının əsas oyunçularını birgə işə cəlb edə bilmişdir. Bu gün əminliklə demək olar ki, şirkət loqistika və yükdaşıma sahəsində dünyanın aparıcı liderləri ilə uğurla rəqabət aparır.
.jpg)
Eagle, BlueWater Shipping, Murphy, Bertling, Panalpina, Transglobal, Transoceanic, Shenker, Pentagon Freight Services, Chapman Friborn, Kales və s. kimi beynəlxalq təşkilatlar, ekspeditor şirkətləri EASC şirkətinin xidmətlərindən istifad edirlər.
Şirkət Birləşmiş Millətlər Təşkilatının tərəf müqabili olmuşdur və dünyanın müxtəlif ölkələrinə, o cümlədən, qaynar nöqtələr olan İraqa və Əfqanıstana BMT-nin humanitar yüklərini çatdırır.
Bizim üçün çətinliklə gedilə bilən
və öhdəsindən gəlmək mümkün olmayan məsafələr yoxdur.
Bizimlə işləməyin üstünlüyü nədədir? Tələb olunan məsləhətlər, hər bir yükün daşınmasının optimal variantları. Çevik güzəştlər sistemi. Müştəri gömrük sənədlərinin rəsmiləşdirilməsi, lazımi nəqliyyat sənədlərinin qeydiyyatı barədə heç narahat olmur – bu narahatlıq EASC-ın üzərinə düşür.
Müştəri istənilən zaman yükün olduğu yer barədə məlumat əldə edə bilər.
EAS yürütdüyü “hər bir müştəriyə və hər bir yükə fərdi yanaşma” prinsipi, xidmətlər çeşidinin daima genişləndirilməsi, operativlik, və rəqabətli qiymətlər müştəri bazasını və yükdaşıma coğrafiyasını genişləndirməyə imkan verir.
EASC şirkətinin Bakı, Hyuston, Nyu-York, London, Lüksemburq, Dortmund, Şanxay, Moskva, Bişkek, Kiyev, Aktau və bir çox digər şəhərlərdə yerləşən nümayəndəlikləri yükünüzün dünyanın istənilən nöqtəsinə çatdırılmasını təmin edəcəklər.
EASC şirkətinin Hyuston, Lüksemburq, Bakı, Dubay, İstanbul, Şanxay və Urumçi şəhərlərindəki habları yük axınlarının birləşdirilməsi yolu ilə Yer kürəsinin müxtəlif regionlarında daşınmanı optimallaşdırmağa imkan verir.
Bu gün EASC hava, yerüstü və dəniz yolları ilə yükləri dünyanın bütün qitələrinə çatdırır: Bu, onlarla müntəzəm reys və çarter əsasında 50-dən çox istiqamət deməkdir. Etibarlı və operativ servis uzunmüddətli əməkdaşlığa ümid verir. Və biz həmişə yeni əməkdaşlığa sevinirik.
Yükünüzü mümkün risklərdən sığortalamaq üçün EASC dünyanın aparıcı sığorta şirkətləri ilə uğurla əməkdaşlıq edir. EASC-ın yüksək peşəkarlığını, loqistika və servis sahəsində minimal risklə uğurla işləmək təcrübəsini nəzərə alaraq, sığorta şirkətləri EASC ilə məmnuniyyətlə uzunmüddətli əlaqələr qururlar.
EASC “Silk Way Airlines” və “AZAL” Dövlət Yük Aviaşirkətinin satış və servis üzrə Baş agentidir. Bundan başqa, Cargolux, Lufthansa Cargo, Continental Airlines, Polyot, Volqa-Dnepr, Antonov kimi məşhur şirkətlərlə əməkdaşlıq servisin planlaşdırılmasında manevr üçün böyük imkanlar yaradır., EASC öz müştərilərinə İL-76, AN-12, B747, AN-124 təyyarələri təklif edə bilər. Şirkət habelə Avropadan MDB dövlətlərinə, Cənubi Qafqaza və Orta Asiyaya yüklərin daşınması üçün EURO-2, EURO-3 tipli maşınlardan ibarət öz avtoparkına malikdir.
Yükünüzün xüsusiyyətindən asılı olmayaraq, istər kompüter mikroçipi olsun, istərsə də çoxtonlu avadanlıq, istər həddən artıq həssas texnika, istərsə də təhlükəli kimyəvi yük, EASC yükünüzün dünyanın istənilən nöqtəsinə etibarlı qaydada və vaxtında çatdırılmasını təmin edəcək.
Göstərdiyimiz xidmətlər arasında təcili çatdırılmalı (humanitar və tibbi) malların, neft sahəsinə aid və ya hər hansı layihə qrafiki çərçivəsində təcili yüklərin, təhlükəli yüklərin daşınması, hərbi əməliyyatlar aparılan regionlarda loqistika və digər xidmətləri göstərmək olar.
Qızıl onluq
EASC-la əməkdaşlığın ilk 10 səbəbi 1. Etibarlılıq
2. Dəqiqlik
3. Yükdaşımanın geniş coğrafiyası
4. Hər müştəriyə hər növ yük üzrə fərdi yanaşma
5. Məsələlərin daima optimal həlli
6. Geniş çeşidli xidmətlər
7. Ekspress-servis – heç nəyə görə narahatlığa dəyməz, EASC əvəzinizə bütün işləri görür
8. Peşəkar və mehriban komanda
9. Dünya standartlarına uyğunluğu təmin edən yüksək texnologiyalar
10. Daimi müştərilər üçün güzəştlər və çevik ödəmə sistemi
Texnologiyalar - Yüksək texnologiyalar EASC-a agent şəbəkəsinin işini əlaqələndirməyə imkan verir.
- Elektron izləmə sistemi müştərilərə öz yüklərinin hərəkətini “on-line” rejimində izləmək imkanı verir.
Tədqiqat EASC mütəxəssisləri bazarda baş verən dəyişiklikləri izləyir, Azərbaycan və dünya bazarında vəziyyəti proqnozlaşdırır. EASC:
- nəqliyyat bazarında qarşıdakı dəyişikliklər barədə müştərilərə vaxtında məlumat verir
- bazarda baş verən dəyişikliklərə çevik və tez reaksiya verib, tədbirlər təklif edir və həyata keçirir.
EASC şirkətlər grupunun müştəriləri EASC-ın xidmətlərindən bilavasitə həm müştərilər, həm də ekspeditor xidmətləri bazarında çalışan şirkətlər istifadə edirlər.
Onların sırasında:
– BMT – Eagle – Blue Water Shipping – Murphy – Panalpina – Transglobal – Transoceanic – Schenker – Pentagon Freight Services – Bertling – Kales – Cismat – Chapman Freeborn – Dialog – ACE Forwarding – Rus Charter – Cargo Global Management – Aviacargo – Cargo.net |
– Air Logistics – KN Ibracom – HAK Cargo – Reibel – Aerotour – SRX Transcontinental – Mach Air Cargo – ACS (UK) – Airnautic – Skylink – Rial Aviation – Transvoler – Air Shagoon – China Bozhou Middle Asia Travel Trade Company LTD – Cargo Compact Solution – Western Regions International Travels Service Xingjian Company LTD – Globalink və s. |
EASC məmnuniyyətlə həm beynəlxalq təşkilatlarla, dünyanın sənaye nəhəngləri ilə, həm də fərdi şəxslərlə əməkdaşlıq edir.