“Euroasian Cargo- Moskva” ofisində aşağıdakı istiqamətlərə yük daşımalarının satışına başlanılmışdır:Tbilisi, Alma Ata, Bağdad, Kabil, Atırau, Aktau, Bişkek, Urumçu, Düşənbə, Türkmənbaşı.
Şirkətin göstərdiyi xidmətlərə çarter uçuşlarının təşkili, gömrük sənədləşməsinin həyata keçirilməsi, Rusiya daxilində və ondan kənarda transit gömrük sənədləşməsinin həll edilməsi, hava və avtomobil nəqliyyatı ilə təhlükəli yüklərin daşınmasının təşkil edilməsi, yüklərin sığortalanması və göstərilən bütün istiqamətlərdə ekspres yük çatdırılması daxildir.
Əlavə məlumat almaq üçün +7 495 580 74 44 telefonu və ya Vadim.Aliyev@euroasiancargo.com elektron adresi vasitəsi ilə əlaqə yarada bilərsiniz.