Cən. Cozef Badamo Euroasian Cargo New York şirkətinin JFK aeroportunda satış üzrə direktoru təyin edilmişdir. Euroasian Cargo New York şirkəti “Silk Way” və “Azal” aviaşirkətlərinin Nyu Yorkdakı Baş satış agentidir. Cən. Badamo əvvəllər “Evergreen International Airlines” aviaşirkətinin satış üzrə vitse- prezidenti, “KLM Royal Dutch Airlines Cargo” aviaşirkətinin bir sıra məsul vəzifələrində, o cümlədən satış üzrə reqional direktor vəzifəsində çalışmışdır. “Silk Way” aviaşirkəti öz müntəzəm və çarter uçuşlarını B747F, İl76, An12 tipli təyyarələrlə, Bakida yeni istifadəyə verilmiş Kargo Terminal vasitəsi ilə həyata keçirir.